Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir açıqlanıb

Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 359,813 milyon (cari məzənnə ilə 799,9 milyon ABŞ dolları) təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 7,8 % artıb.

Bu ilin I yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 37,4 % azalaraq 23,8 milyon kubmetr təşkil edib.

Hesabat dövründə qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz (1,3 % çox) nəql olunub. Ümumi nəqletmə həcminin təxminən 55,6 %-i CQBK-nın payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən CQBK-nın fəaliyyətindən əldə edilən gəlirlər 2 milyard 516 milyon 082,5 min manat (8,1 % çox) olub. 2023-cü ilin sonuna şəbəkədə itkilər 18,2 % artaraq 59,8 milyon kubmetr təşkil edib.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …