Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxaIq təşkilatlarda müdafiəsi və təşviqinin dəstəklənməsi” istiqaməti üzrə qalib olan QHT-lərlə görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Layihələrin idarə edilməsi üzrə menecer Ülkər Süleymanova “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxaIq təşkilatlarda müdafiəsi və təşviqinin dəstəklənməsi” istiqaməti üzrə layihələri qalib olan QHT nümayəndərləri ilə görüş keçiriblər. 

Boyukmillet.com xəbər verir ki, istiqamət üzrə layihələrin təkmilləşdirilməsi mövzusunda tövsiyə xarakterli görüşdə layihələrlə bağlı əsas problemlər müzakirə olunub, QHT rəhbərlərinin fikirləri dinlənilib və layihələri ilə bağlı tövsivələr verilib. 
Sonda Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Layihələrin idarə edilməsi üzrə meneceri Ülkər Süleymanova QHT-lərə görüşdə iştirak etdikləri üçün təşəkkür ediblər.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …