Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % və 2,4 % artım müşahidə olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə – 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə – 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə – 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib. Yüklərin 7 506,7 min tonu və yaxud 45,8 %-i dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu və yaxud 30,5 %-i avtomobil nəqliyyatı, 3 896,5 min tonu və yaxud 23,7 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2 %-ni və yaxud 9 707,6 min tonunu tranzit yüklər təşkil edib.

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …