Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanın NATO-dakı nümayəndəsi: “Ermənistan sadəcə olaraq vaxt qazanmağa çalışır”

“Ermənistan sadəcə olaraq vaxt qazanmağa çalışır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Ermənistanın Qarabağ bölgəsinə silah daşıma cəhdləri və dünən baş vermiş toqquşma ilə bağlı tviterdə yazıb.

Onun sözlərinə görə, Ermənistanın üçtərəfli bəyanata əməl etməməsi, sülh danışıqlarının imitasiya edilməsi, eyni zamanda Ermənistanın Qarabağda qeyri-qanuni hərbi qruplaşmaları dəstəkləməsi bunun sübutudur.

Qeyd edək ki, dünən Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb. Bundan sonra qanunsuz silah daşınmasının qarşısı alənəb. Əməliyyat nəticəsində polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan zərərsizləşdirilib. Leytenant David Ovsepyan isə yaralanıb.

Həmçinin Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …