Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycanın son 3 cüdoçusu Qran Pridə mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizə aparacaq.

Boyukmillet.com -un məlumatına görə, yarışın sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq.

Mehdiyev 1/16 finalda serbiyalı Nemanya Maydovla, Qasımov İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə, Kokauri isə sloveniyalı Vito Dragiçlə üz-üzə gələcək.

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanıb.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …