Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb.
Boyukmillet.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli – XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.
Qeyd edək ki, beynəlxalq musiqi festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır.