Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçu ilə bağlı istintaqın gedişi…” – MÖVQE

“Özlərini müstəqil sayan, əslində isə rejimin ideoloji ruporu olan saytlar terrorçunu təmizə çıxarmaq üçün dezinformasiyalar yayırlar”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadənin istintaqının gedişi haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fars-molla rejiminin bu məsələdə yol verdiyi davranış İranın terrorçu dövlət olduğunu bir daha təsdiqləyir:

“Bildiyiniz kimi, səfirliyə təşkil edilmiş silahlı hücumdan bir ay keçir. Reallıqda bu müddət həmin hücumla bağlı ən xırda nüansları belə müəyyənləşdirmək üçün yetərlidir. Ancaq İran rejimi öz mahiyyətinə uyğun hərəkət edərək, terroçunu məsuliyyətdən qurtarmaq üçün ən müxtəlif həyasızlıqlara əl atmaqdadır.

Qeyd edim ki, İranın rəsmi dövlət mediasında terroçunun istintaqının gedişi barəsində məlumat yayımlamır. Özlərini müstəqil sayan, əslində isə rejimin ideoloji ruporu olan saytlar terrorçunu təmizə çıxarmaq üçün dezinformasiyalar yayırlar. Eyni zamanda belə məlumatlar da var ki, terrorçu psixatrik dispanserə yerləşdirilib. Bu da onun cəzasız qalması üçün atılan addımdır.

Hətta bəzi mənbələr səfirliyə hücumu Azərbaycanın özünün təşkil etdiyi haqda cəfəng məlumatlar uydurmaqdan da çəkinmirlər. Ara-sıra açıqlama verən rəsmi şəxslər isə guya istintaqın obyektiv aparılacağını iddia edirlər. Ancaq ortada heç nə yoxdur və cəmiyyətə bilgi verilmir. Fars-molla rejiminin bu məsələdə yol verdiyi davranış İranın terrorçu dövlət olduğunu bir daha təsdiqləyir”.

A.Zeynalov

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …