Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu 18-25 avqustda Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və Almatı, həmçinin Belarusun Minsk şəhərində keçirilən silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını nümayiş etdirib.

Boyukmillet.com bu barədə Agentliyi istinadən xəbər verir.

Tədbir çərçivəsində keçirilən görüşlərdə Özbəkistandan 50, Qazaxıstandan 70, Belarusdan isə 70 aparıcı turizm şirkəti, eləcə də ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri ilə birgə ümumilikdə 10 yerli turizm sənayesi təmsilçisi iştirak edib.

İştirakçılara Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomik marşrutları təqdim olunub, “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025” beynəlxalq tədbiri barədə məlumat verilib. Təqdimatlardan sonra keçirilən B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Check Also

Azərbaycanda turizm: rekord gəlirlər, azalan vergi ödənişləri  

Ümumdünya Səyahət və Turizm Şurası (WTTC) Azərbaycanın səyahət və turizm sektorundakı vəziyyətlə bağlı nikbin proqnozlar verir. …