Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycanla Qazaxıstanın imzaladığı müqavilələrin ümumi dəyəri açıqlanıb

Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının Bakıda keçirilən iclasının yekunlarına dair iki ölkə arasında imzalanmış müqavilələrin ümumi dəyəri 52 milyon ABŞ dolları təşkil edir. 

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev bildirib. 

“Yaxın iki gündə bu rəqəmin artacağını gözləyirik”, – o əlavə edib.

Xatırladaq ki, bu gün Bakıda Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, həmçinin akkumulyatorlar, transformatorlar, qida və qənnadı məmulatlarının tədarükünə dair müqavilələr imzalanıb. 

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …