Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanla Tanzaniya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla və Tanzaniya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror görüşdə Azərbaycanla Tanzaniya arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətlərini vurğulayaraq Tanzaniyanın Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla müxtəlif beynəlxalq platformalarda Azərbaycana dəstək nümayiş etdirdiyini söyləyib.

Həmçinin görüşdə Tanzaniyanın prokurorluq orqanlarının Azərbaycanla əlaqələri gücləndirməyə göstərdiyi səylərin yüksək qiymətləndirildiyi vurğulanıb. Tanzaniya tərəfi çıxışında Azərbaycan Prokurorluğu ilə təmsil etdiyi qurum arasında əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusional münasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq bu sənədin prokurorluqlar arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …