Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu

FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın “Minay” komandasına transfer qadağası qoyub.

Boyukmillet.com “Sport Arena” nəşrinə istinadən xəbər verir ki, buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib.

Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisinin digər hücumçusu Anatoli Nuriyev ötən mövsümün sonunda “Minay”dan ayrılıb.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …