Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanlı jurnalist seçkilərə sərsəm münasibət bildirənin cavabını sərt verdi! TÜRKİYƏDƏ

“Azərbaycan Kültür Dərnəyindən İsa Yaşar Tezel adlı bir ağsaqqal siyasətçi kimi başını başlara qoşub asasmedia.info da bir yazı yazıb və 9 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini hələ də 1988 ci il meydan təfəkküründən o tərəfə keçməyən düşüncə tərzi ilə yorumlamağa çalışıb”. Bu fikirləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalıyev özünün facebook səhifəsində yazıb.

“Kültür Dərnəyindəki ağsaqqalların Azərbaycana baxışları dəyişməyib”

SİTAT: “Beyefendi otuz il bundan əvvəl biz tələbə olanda rəhmətlik Məhəmməd Kəngərli, ya da hal hazırkı Azərbaycan Kültür Dərnəyinin rəhbəri çox hörmətli Cəmil Ünal necə danışırdısa hal hazırda elə o cür danışır. Halbuki, Azərbaycan doxsanıncı illərin Azərbaycanı deyil, heç ikimininci illərin də Azərbaycanı deyil. “Azərbaycanı sülalə hakimiyyəti idarə edir” tipli sərsəm ritorikaları isə çoxdan köhnəlib. Dünya bir neçə dəfə dəyişib, Türkiyə Suriyaya girib, Rusiya Krımı ilhaq edib, amma nə yazıq ki, Kültür Dərnəyindəki ağsaqqalların Azərbaycana baxışları dəyişməyib”.

“Dəyişəcəyə də oxşamır”, yazan jurnalistə görə, anlamaq lazımdır ki, seçkidə iştirak edəcək olanlar Azərbaycan vətəndaşlarıdır: “Onlar isə kimi seçib kimi seçməyəcəklərini çox gözəl bilirlər. Onların fikirləri ilə manipulyasiya etməyə ehtiyac yoxdur. Ana müxalifət partiyası dediyiniz isə artıq tarixin arxivinə gömülüb. Ölkədə yeni bir dönəm başlayıb artıq. Sizin düşündüklərinizə isə yeniləşən Azərbaycan siyasətində qətiyyən yer yoxdur. Onlara da, elə özünüzə də bir çarə qılın! Əgər bacarsanız. Əminəm onu da bacarmayacaqsınız. Çünki bacarmış olsaydınız İqdırda bacarardınız…”

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …