Drone Cameras

Əfqanıstanda 18 ABŞ generalı öldürüldü – İDDİA

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub. 

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Təyyarəni “Taliban” silahlıları vurub və göyərtədəki şəxslərin hamısı ölüb. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.

O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tuturdu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır. 

M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri, general Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …