Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“Azərsu”: “Yasamaldakı qəzaya görə Bakının heç bir yerində su kəsilməyib”

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun Əsəd Əhmədov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsindəki 1 400 millimetrlik su kəmərində baş vermiş qəzaya görə paytaxtın heç bir yerində su təchizatı dayandırılmayıb.

Bunu Boyukmillet.com-a açıqlamasında “Azərsu” ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib.

“Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayət qədər su ehtiyatımız var. Qəza baş verən andan mərkəzi su anbarından kəmərə suyun verilişi dayandırılıb. Hazırda axıntı dayanıb və “Azərsu”nun qəza birqadası hadisə yerinə cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür”, – o deyib.

(Report)

Check Also

Baş nazirdən taksilərlə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki …