Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Azərbaycan rəqs cütlüyü dünya çempionatında çıxış edib

Kreml sarayının Banket zalında peşəkar rəqqaslar arasında Avropa rəqsləri üzrə 2017-ci il dünya çempionatı (WDC-2017) keçirilib. Çempionatın əsas tərəfdaşı – “Qazprombank” Səhmdar Cəmiyyəti, tədbirin rəsmi tərəfdaşı “Nordstar” aviaşirkətidir. Turnir Rusiyanın Əməkdar İncəsənət Xadimi, Rusiya Rəqs İttifaqının sədri, WDC-nin fəxri vitse-prezidenti Stanislav Popovun təşkilatçılığı ilə keçirilib.

Boyukmilet.com azertac-a istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən Eldar Cəfərov və Anna Sajına tamaşaçıların çoxunun fikrincə, ən yaxşı duetlərdən biri hesab edilib.

Təəssüf ki, Azərbaycan nümayəndələri bu il mövsümün xeyli hissəsində çıxış edə bilməyiblər. Buna səbəb Eldar Cəfərovun zədələnməsi olub. Lakin cütlük məşqləri davam etdirir, öz çıxışlarının emosional tərkib hissəsi üzərində işləyir, görkəmli xoreoqrafiya ustalarının işlərini araşdıraraq özləri üçün ilham mənbəyi axtarırdılar. Nəticə yaxşı olub: 2017-il dünya çempionatına əla formada, çox yaxşı əhval-ruhiyyədə çıxış edən Eldar və Anna yarımfinalda özlərinin ən yaxşı rəqsini nümayiş etdiriblər.

Beləliklə, dünyanın 21 ölkəsindən 49 cütlüyün iştirak etdiyi turnirdə həmyerlilərimiz 9-cu yeri tutublar.

 

Boyukmilet.com

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir