İran Təhsil Nazirliyinin psixi pozuntuları və ləhcəsi olan şəxslərin təhsil sahəsində işləyə bilməməyi haqqında qərarı ictimaiyyət tərəfindən etirazla qarşılanıb.
Boyukmillet.com “Yolpress”ə istinadən xəbər verir ki, etirazçılar bu qanunun tamamilə səhv olduğunu və ləğvini tələb edirlər.
Bu qərarın təsdiqindən sonra xalq və bir neçə millət vəkili dünya ölkələrində əlillərin belə müəllim kimi işlədiklərini əsas gətirərək, qərarın ləğvinin vacib olduğunu bildiriblər.
Dünən gecədən etibarən azərbaycanlılar İnstaqram və Tvitterdə #Mənimləhcəmvar haştaqları ilə yazılar paylaşaraq qanun layihəsinə etiraz ediblər.
Onlara İranda yaşayan bir çox etnik qruplar da dəstək olub, hər bir millətin ləhçəsindən aslı olmayaraq, bacarıqlarının lazimi dəyərləndirilməsinin vacib olduğunu, bu qərarın etnik separatizmə səbəb olacağını qeyd ediblər.
Qeyd edək ki, bir müddət əvvəl İran Təhsil Nazirliyi türk (Azərbaycan) ləhcəsində danışan, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslərin müəllim ola bilməyəcəyini bəyan etmişdi.