Cümə , 26 Aprel 2024
Drone Cameras

Fərasət Qurbanov: “QHT-lərin fəaliyyəti cəmiyyətin mənafeyinə xidmət edən humanitar fəaliyyət növüdür”

Müsahibimiz Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanovdur
 
– Fərasət müəllim, QHT-lərin siyasi proseslərə qarışması, dağıdıcı müxalifət ilə eyni mövqedən çıxış etməsi QHT-lər haqqından qanunun tələblərinə nə dərəcədə uyğun gələ bilər?
 
– QHT-lər hər hansı bir ictimai maraqların təmin edilməsi istiqamətində birləşmiş könülü qruplardır. Bu qrupların fəaliyyəti onların nizamnaməsi ilə tənzimlənir. Yəni hər bir QHT-nin özünün nizamnaməsi var və onun bütün fəaliyyəti, məhz həmin nizamnamə üzrə qurulur. O nizamnamədə də, məhz ictimai maraqlar, hansı bir sosial problemin həlli, yəni hansısa humanitar yönümlü bir fəaliyyətlə məşğul olmaq orda təşkil olunmayıb. Nizamnamədə heç də siyasi fəaliyyət, hər hansı bir siyasi düşərgənin missiyasına xidmət etmək kimi fəaliyyət təsbit olunmur. QHT-lər haqqında qanunda da QHT-lər seçkili orqanlarda iştirak edə bilməz. Yalnız onlar seçkiləri müşahidə etmək səlahiyyətlərinə malikdirlər. Bu da, ondan xəbər verir ki, QHT-lərin fəaliyyəti heç də siyasi deyil, humanitar, cəmiyyətimizi narahat edən, yəni ictimai həyatın ayrı-ayrı sahələrinə xidmət edən könüllü vətəndaş birlikləridir. Bu vətəndaş birliklərinin fəaliyyətində sırf könüllü fəaliyyət durur.
 
– Bu gün bəzi QHT-lərin dağıdıcı müxalifət partiyaları ilə sıx əməkdaşlıqları mövcuddur. Belə QHT-lər niyə cəzaldırılmır?
 
– QHT-lər öz enerjili resurslarını cəmiyyətin ayrı-ayrı təbəqələrinin problemlərinin və yaxud digər məsələlərin həllinə yönəldən və insanlığa xidmət edən humanitar fəaliyyətdir. Təəssüf ki, bəzi QHT-lər öz nizamnamə məqsədlərindən kənara çıxaraq, siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərir və yaxud ayrı-ayrı siyasi partiyaların mövqelərindən çıxış edirlər. Yəni ayrı-ayrı siyasi partiyaların çirkin məqsədlərinə çatması üçün onlara müəyyən dəstək verirlər. Bu cür hərəkətlər qanunla yolverilməzdir. O cümlədən, həmin QHT-lər özlərinin nizamnaməsinin müddəalarına zidd olan fəaliyyət yolu tutmuş olurlar. Ümumiyyətlə, QHT-lərin fəaliyyəti siyasi məqsədlər deyil, birlik üzvlərinin, cəmiyyətin, icmanın mənafeyinə xidmət edən, hətta orda əldə olunan gəliri belə bölüşdürməyən bir humanitar fəaliyyət növüdür. Arzu edərdik ki, ölkəmizdə QHT-lərin fəaliyyəti sırf humanitar əsaslar üzərində qurulsun. Yəni cəmiyyətə, vətəndaşa və dövlətə xidmət edən təşkilatlar olsunlar. Belə olan halda, QHT-lərin fəaliyyəti yüksək qiymətləndiriləcək və QHT-lərə ehtiyac cəmiyyətdə günü-gündən artacaq. Bu gün də biz bunu hiss edirik. Bizim QHT-lərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ailə məsələləri, ətraf mühitlə, sosial məsələlərlə, təhsilə, mədəniyyətimizlə, iqtisadi məsələlərlə, əlillərlə, qadın-uşaq məsələləri ilə bağlı və s. kimi yüzlərlə layihələr həyata keçiriblər ki, bu da cəmiyyətimizin inkişafına öz töhfəsini verir.
 
– Siyasiləşmiş QHT-lərin əsas ideoloqlarından olan Leyla Yunus Azərbaycanda QHT-lərə müəyyən təlimatlar verir və onlara Azərbaycanda insan hüquqlarının pozulması haqqında iddialı şər-böhtan xarakterli bəyanatlar səsləndirməyə çağırır. Belə QHT-lərə qarşı hansı tədbirlərin görülməsini zəruri hesab edərdiniz?
 
– Leyla Yunus və onun kimi adamların fəaliyyəti artıq cəmiyyətimizə bəllidir. Bunları QHT adlandırmaq da doğru deyil. Çünki bunlar öz fəaliyyətlərində cəmiyyət və dövlətə qarşı qərzli mövqe nümayiş etdirirlər. Onların nümayiş etdirdikləri siyasi xətlərində açıq görünür ki, bunlar ölkəmizə qənim kəsilmiş şəxslərdir. Adları çəkilən bu şəxslər Azərbaycan dövlətinin əldə etdiyi uğurlarına paxıllıq hissi ilə yanaşaraq, bu uğurlara nə isə bir kölgə salmağa çalışırlar. Ancaq onların özlərinə tərəfdaş, xarici maraqlı fondlardan dəstək toplamaları üçün etdikləri canfəşanlıqların heç biri öz bəhrəsini verməyəcəkdir. Çünki inanmıram ki, hansısa QHT L. Yunus kimi pozucu bir şəxsin fitvasına uysun. L. Yunus kimi şəxslərin fəaliyyətləri tamamilə qanuna ziddir. Onun fəliyyəti, bütövlükdə, milli maraqlarımıza zidd olan bir hərəkətdir. Bu baxımdan, belə məsələlərdə QHT-lər diqqətli olmalıdırlar. Yəni yalan, şər-böhtan xarakterli siyasi çağırışlara meyilli olmamalıdırlar. Hər bir QHT öz nizamnaməsini diqqətlə oxumalı nə üçün fəaliyyət göstərdiyini bir daha aydınlaşdırmalı və nizamnamə məqsədlərindən kənara çıxmamalıdır.//SİA

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir