Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 18-dən 23-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 126 mina və 170 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 475.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən  verilən məlumata …