Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiqi planlaşdırılır

İnvestisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

“Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların istehsalı üzrə kapital qoyuluşunda ƏDV-nin sürətli bərpası və ya idxal əməliyyatları zamanı yaranan ƏDV borcları ilə əvəzləşdirilməsi tədbirlərinin ortamüddətli dövrdə həyata keçirilməsi planlaşdırılır”, – sənəddə vurğulanıb.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …