Bazar , 7 Dekabr 2025
Drone Cameras

Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb

“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək 28 Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub, 120-dən artıq insan isə yaralanıb”.

Boyukmilley.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …