Bazar , 23 Fevral 2025
Drone Cameras

Azad Rəhimov dəfn olundu – Dövlət rəsmiləri mərasimə qatılıblar + FOTOLAR

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dəfn edilib.

Mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb/Report

Xatırladaq ki, mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil alıb.

Azad Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləyib, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərib.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra edib, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Xatırladaq ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

img
img
img
img

 

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …