Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Azay Quliyev Novella Cəfəroğlunu Şuranın Fəxri Fərmanı ilə təltif edib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Guliyev Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunu 80 illik yubileyi münasibəti ilə Şuranın Fəxri Fərmanı ilə təltif edib.

Novella Cəfəroğlu 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1958-ci ildə orta məktəbi, 1963-cü ildə isə universiteti bitirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsi üzrə ali təhsilini tamamlamışdır. Universiteti bitirdikdən sonra kimyaçı mühəndis kimi mərkəzi regional laboratoriyada işləməyə başlamışdır.Cənub Geoloji ekspedisiyası, Baş Geoloji idarə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyası kimi qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1986-ci ildən isə Bakı Dövlət Universitetində işləməyə başlamışdır. 1989-cu ildə yaradılan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 1993-ci ildə sədri seçilmişdir. Həmin cəmiyyətin aktiv fəallarından olan Novella xanım həmçinin Azərbaycan Milli Azadlıq Hərəkatının üzvü də olmuşdur. 2007-ci ildə Avropa Şurasının insan hüquqları üzrə eksperti seçilmişdir. 2014-cü ildən etibarən insan hüquqları üzrə işləyən qrup və Cənubi Qafqaz İnsan Hüquqları Müdafiə Şəbəkəsinə üzv seçilmiş, Cənubi Qafqaz Qadınlar Konqresinin təsisastıçısı olmuşdur. Novella xanım həmçinin Cənubi Qafqaz “Qafqazda birgə işləmək” Şəbəkəsinin həmsədri də olmuşdur. 2016-cı ildən etibarən Açıq Hökumət Platformasına qoşulmuşdur.Xüsusən insan hüquqları sahəsində fəaliyyət göstərmişdir. 500-dən artıq layihənin kordinatoru olmuş, elmi məqalələr və kitablar çap etdirmişdir.  Novella xanım Açıq Cəmiyyət inkişafına görə 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Beynəlxalq Marşall mükafatı ilə təltif edilmişdir. Bundan əlavə olaraq,o, ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Cəsur Qadın mükafatını da qazanmışdır.Bir daha təbrik edirik!

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …