Cümə , 17 Aprel 2026
Drone Cameras

Azay Quliyev Prezidentə təşəkkür mesajı ünvanlayıb

Millət vəkili Azay Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür mesajı ünvanlayıb.

Azay Quliyevin sosial şəbəkə hesabları üzərindən paylaşılan mesajda deyilir:

“Cənab Prezidentə yeni yaranmış QHT Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilməyimə görə ürəkdən təşəkkür edir, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək və möhtərəm Prezidentimizin yüksək etimadını daim doğrultmaq üçün var gücümlə çalışacağımı bildirirəm”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …