Bazar , 30 İyun 2024
Drone Cameras

Azay Quliyevin bahalı villasının görüntüləri yayıldı (FOTO)

Hüquq müdafiəçisi Samir Adıgözəlli QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi – villasının görüntülərini yayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatda bahalı villanın korrupsiya pulları hesabına tikildiyi iddia edilib:

Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksdə Azay müəllim stadionda yaradıb.

Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib.

Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla.

Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil.

Neçə -neçə qht rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər.

Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır.
Azay Quliyevin bahalı villasının görüntüləri yayıldı (FOTO)Azay Quliyevin bahalı villasının görüntüləri yayıldı (FOTO)Azay Quliyevin bahalı villasının görüntüləri yayıldı (FOTO)

Mirağa Qafarov
Boyukmillet.com

Check Also

Daşkəsəndə özünü yandıran qazinin vəfat etdiyi bildirilir

Onun Bakıda Yanıq Mərkəzində öldüyü açıqlanıb İyunun 6-da üzərinə benzin tökərək özünü yandıran İkinci Qarabağ …