Şənbə , 6 Dekabr 2025
Drone Cameras

AzTV-də kütləvi koronavirusa yoluxma – Sədr müavinin də testi pozitiv çıxdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb.

Boyukmillet.com xəbər verir ki, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.

Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra onu karantinə alıb ancaq onunla ünsiyyətdə olan şəxsləri karantinə almamaları olub. AzTV-də prorektorlarla, sədr müavini ilə yanaşı aparıcıların, texniki işçilərin də yoluxduğu barədə məlumat əldə etmişik. Görünən odur ki, AzTV karantini ciddiyə almayıblar.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir. Yoluxma sayı göstərir ki, AzTV hazırda karantinə alınmalıdır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməklə bərabər hər birinə şəfa arzulayırıq.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …