Bazar , 19 Yanvar 2025
Drone Cameras

AzTV “Şuşa İli” ilə əlaqədar yeni layihəyə başlayıb

Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar yeni layihəyə start verir.

Boyukmillet.com xəbər verir ki, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq.

İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.

Hər buraxılış mövzular üzrə işlənəcək: məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s.

Layihənin məqsədi erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir.

Azərbaycan Televiziyasının bu layihəsi “Şuşa İli”nə bir töhfə olacaq.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …