Bəhreyn və Qətər 2017-ci ildə kəsilən diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə “BNA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, razılıq Bəhreyn-Qətər komitəsinin ikinci iclası zamanı əldə olunub.
Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Müqaviləsinin müddəalarına uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin bərpası qərara alınıb.
Xatırladaq ki, 2017-ci ildə Bəhreyn digər Körfəz ölkələri ilə birlikdə Qətərlə əlaqələri kəsib.