Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Bəylər Eyyubovun qardaşı oğlu həbsdən AZAD EDİLDİ

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.

Boyukmillet.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib. Xatırladaq ki, Ruslan Eyyubov Bəylər Eyyubovun qardaşı oğludur.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …