Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

“Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki…” – Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA

İslamda hicab qadınların ən əsas geyim tərzlərindən biri hesab olunur. Ancaq hicab taxaraq, geyimininə fikir verməyənlər də az deyil. Ümumiyyətlə dində hicablı qadınların xüsusi bir geyimi olmalıdır, yoxsa kim necə istəyir geyinməlidir?

Məsələ ilə bağlı İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a bunları söyləyib:

“Ümumiyyətlə, Allah qadınlar üçün “Qurani Kərim”də geyimlə, xüsusilə də hicabla bağlı bir ayədə buyurub ki, naməhrəm yerlərinizi örtün, üz və əllər istisna olmaqla. İnsan elə geyinməlidir ki, naməhrəmin diqqətini cəlb etməsin. İslam dinində qadınların xüsusi geyimləri barədə standart forma yoxdur. Din demir ki, bu geyimi mütləq geyinməlisən. Sadəcə din və iman əhli geyimlərinə xüsusi fikir verməlidir. Hicab xatirinə geyinməməlidilər. Ancaq elə hicablı qadınlar var ki, geyimlərləri ilə hicab üst-üstə düşmür. O qədər bərbad geyinirlər ki, dindən əsər-əlamət belə qalmır”.

“Mənim şəxsi fikrimdir, niqabı şəxsən qəbul etmirəm”, – deyə Hacı Surxay Məmmədli iradını da bildirib:

“Əslində bu geyim tərzi İslamda da qəbul olunmur və yolverilməzdir. “Qurani Kərim” demir ki, üzünü bağla, gəz. Niqabda da sadəcə gözlər açıq olur. İslamda qeyd olunub ki, üzlər və əlllər açıq olmalıdır. Bu din təmizliyi və paklığı sevir. Ona görə də qadınların geyimləri də pak olmalıdır. Həddindən artıq uzun paltar geyəndə yerlə sürünür, nəticədə də o bütün natəmizlikləri özünə çəkir. Xoşagəlməz hal odur ki, yerdə hər şey olur. Nəticədə də hicablı qadın bu cür geyinəndə bütün nəcasəti, yerdəki mikrobu paltarına ötürmüş olur. Bununla da qılınan namaz icazəli deyil. Bu baxımdan da insan elə geyinməlidir ki, onunla namaz da qıla bilsin”.
Paylaş

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …