Çərşənbə axşamı , 18 İyun 2024
Drone Cameras

Bərzani iki aydır Türkiyə prezidenti ilə görüş xahiş edir – Ərdoğan qəbul etmir

“İraqın şimalındakı Kürd Muxtar Əyalətinin baş naziri Neçirvan Barzani iki aydır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə cəhd edir, amma bu alınmır”.

Bunu Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Yazıda qeyd olunub ki, sentyabrın 25-də İraqın şimalında keçirilən “referendum”dan sonra Barzani ailəsi Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün yollar axtarır.

“Neçrivan Barzani 2 aydır Ankaraya getmək, Türkiyə prezidenti ilə görüşmək istəyir. Rəcəb Tayyib Ərdoğan onunla görüşmək istəmədiyini bildirib. Prezident niyə görüşmədiyni belə izah edib: “Mənim səlahiyyət səviyyəmə uyğun deyil”. Bundan başqa Barzaninin “müstəqilik referendumu”nu Türkiyə ilə məsləhətləşməməsini də səbəblərdən biri kimi göstərərk, deyib: “İsraillə müzakirə etdilər, bizimlə görüşmədilər”, – deyə qəzet vurğulayıb.

Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani oktyabrın 29-da istefa verib. Onun səlahiyyətlərini baş nazir Neçrivan Barzani icra edir. O, M.Barzaninin qardaşı oğludur. (azerbaycan24.com)

 

boyukmillet.com

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir