Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Badamlı adına niyə sahib çıxmır?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Bravo” mağazalar şəbəkəsinin “Badamlı” mineral sualarının qəribə təqdimatı ilə bağlı maraqlı paylaşım edib.

Boyukmillet.com həmin paylaşımı təqdim edir:

“Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza “Badamlı”ya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar.

Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər Bayramı” müsabiqəsinin qalibi oldum, göz görə-görə mükafatımı vermədilər. Əminəm ki, onların bu özbaşınalığından “Badamlı”ya rəhbərlik edən lazımi adamların məlumatı olmayıb.

“Badamlı”nın piar meneceri Elvin müəllimə deyin, gedib təmsil etdiyi şirkətə aid məsulun adının düzgün yazılmasını tələb etsin!”

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …