Şənbə , 28 Mart 2026
Drone Cameras

Bağdadda partlayış nəticəsində 30 nəfər öldü

Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb.

Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib.

Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …