Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Bağdadda terror hücumunda ölənlərin sayı 32-yə çatdı

İraqın paytaxtı Bağdadda baş verən terror aktı nəticəsində ölənlərin sayı 32-yə, yaralananların sayı isə 110-a yüksəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

16:34

Bu gün Bağdadın mərkəzində törədilən terror hücumu nəticəsində ölənlərin sayı 28-ə, yaralananların sayı isə 73-ə yüksəlib.

Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, bazarın yerləşdiyi Ət-Təyəran meydanı yaxınlığında dalbadal iki partlayış baş verib.

Ordu nümayəndəsinə görə, iki terrorçu-kamikadze təhlükəsizlik qüvvələri tərəfindən təqib olunduqları zaman özlərini partladıblar.

Hadisədən sonra Bağdadda ali dövlət idarəetmə qurumlarının, həmçinin əcnəbi səfirliklərin yerləşdiyi “Yaşıl bölgə”yə gedən yollar bağlanıb.

13:28

İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.

Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.

Terrorçu-kamikadze meydanda özünü partladıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.

Check Also

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq …