Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bahalaşma insanları şəhərdən kəndə qaytarır? – Bakının kirayə bazarında sükut

Son dönəmlərdə bir çox sahələrdə qiymət artımı özünü göstərir.

Su və benzinin bahalaşmasından sonra ərzaqların da qiymətlərində artım müşahidə olunur.

Bu bahalaşmalar eyni zamanda şəhərdəki yaşam xərclərini də artırır. Kirayə qalan insanlar üçün isə daha çox xərc tələb edir.

Maraqlıdır ki, bəs hazırda kirayə bazarında vəziyyət necədir? Bu qiymət artımları insanların rayonlara geri dönməsinə səbəb ola bilərmi?

Bu barədə Cebhe.info-ya açıqlamasında əmlak bazarı üzrə ekspert Pərviz Qulami bildirir ki, kirayə bazarına tələbat hazırda azdır:

“Benzin və suyun bahalaşmasının mənzil bazarına elə də güclü təsiri olmadı. Bu, sırf sosial məsələ olduğu üçün insanların gündəlik tələbatına təsir göstərə bilər. Kirayə bazarı da tələbata görə formalaşır. Daha çox universitet vaxtı tələbələr kirayə evlərlə bağlı müraciət edirlər. Hazırda pandemiya ilə əlaqədar dərslər yoxdur, ona görə də tələbat azalıb. Ancaq gələcək aylarda bu qiymət artımının hansısa təsiri ola bilərmi, bunu deyə bilmərik. Eyni zamanda, düşünmürəm ki, şəhərdə şəraiti olan insanlar qlobal dəyişiklik etsinlər və kəndlərə qayıtsınlar. Doğrudur, suyun qiymətinin artması o qədər təsir etməsə də, benzinin bahalaşması insanların maddi durumuna müəyyən dərəcədə təsir göstərə bilir. Ərzaqların qiymətindəki artım da bu təsirlərdən biri sayılır. Ancaq yenə də düşünmürəm ki, şəhərlərdən rayona köçmə prosesinə səbəb olsun”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …