Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib

Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda, ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının növbəti iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2018-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan “İcazə” blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb.

Azərbaycan nümayəndə heyətinə NRYTN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Saim İlçioğlu rəhbərlik edib.

 

Boyukmillet.com

Check Also

Trampın Zelenskiyə İttihamı: “ABŞ-ın sülh planı ilə hələ tanış olmayıb”

Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə qarşı açıq narazılığını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir