Cümə , 17 Yanvar 2025
Drone Cameras

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü qeyd olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü ilə bağlı qəbul təşkil edilib.

Qəbulda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Ufuk Turqaner bildirib ki, Bakıdakı nümayəndəlik 20 il əvvəl açılıb: “Azərbaycanlı qardaşlarımızla bağların daha da möhkəmlənməsini arzu edirik. Bu gün 500 azərbaycanlı tələbə Kiprdə təhsil alır və onlardan 20-si ölkəmizin təmin etdiyi təqaüdlə oxuyur. Ən böyük hədəfimiz əlaqələri daha da möhkəmləndirmək və iki xalqın bir-birini daha da yaxından tanımasını təmin etməkdir”.

Millət vəkili Hikmət Babaoğlu 2 dövlət arasında diplomatik əlaqələrinin 1997-ci ildən qurulduğunu bildirib. Onun sözlərinə görə, münasibətlər günbəgün inkişaf edir: “Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq aləmə inteqrasiya edir. Bu ölkə regionda ali məktəb və turizm mərkəzi kimi fəaliyyət göstərir”. (apa)

 

boyukmillet.com

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir