Çərşənbə axşamı , 11 Mart 2025
Drone Cameras

Bakıda turistlər qutab bişirdilər

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Karvansara Restoran Kompleksinin birgə layihəsinə start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, layihənin gerçəkləşdiyi ilk gün Kompleksə gələn 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib.

Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb. Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Layihə zəngin Azərbaycan mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir