Şənbə , 28 Mart 2026
Drone Cameras

“Bakcell” əməktaşı 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – Foto, Video.

20 avqust tarixində ölkədəki karantin qaydalarının tələblərinin kobud şəkildə pozulduğu daha bir toy mərasimi keçirilib.

Boyukmillet.com saytının əldə etdiyi məlumata görə, toyda 180 nəfər iştirak edib. Toyun yiyəsi “Bakcell”in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib. Təzə bəyin də “Bakcell” korparativ şöbəsinin əməkdaşı olduğu bildirilir. Məclis “Seabay” adlı restoranda keçirilib.

Qanunsuz keçirilən toyda iştirak edənlər sırasında şirkətin pərakəndə satış şöbəsinin müdiri Elnur Sultanov da olub. Toyda iştirak edən hər bir şəxsə məclisin yuxarıların icazəsilə baş tutduğu deyilib. Görəsən ” Bakcell”ə bu icazəni kim verib? Toydan çəkilən videolar və fotoları təqdim edirik:

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …