Bazar , 27 Aprel 2025
Drone Cameras

Bakı mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

Boyukmillet.com .xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN bildirib.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:

“Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.

Check Also

Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür

ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür. Boyukmillet.com xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun …