Cümə axşamı , 28 May 2026
Drone Cameras

Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış vaxtı açıqlandı

İyunun 2-də Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, təqdimat mərasimi Axalkalaki stansiyasında baş tutacaq.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2017-ci ildən test rejimində işləyən dəmir yolu xəttinin rəsmi açılışı məhz bu il reallaşır. Ümumi uzunluğu 827 kilometr olan magistralın 213 kilometrlik hissəsi Gürcüstan ərazisindən keçir.

Dəmir yolunun Gürcüstan sahəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib. Bu məqsədlə ayrılmış 775 milyon ABŞ dolları məbləğində kredit layihənin gələcək mənfəəti hesabına ödənilməlidir.

Check Also

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. “Report”un Gürcüstan bürosu xəbər verir ki, …