Bakı və İsmayıllı sakinlərində silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyasının platformasının altında gizlətdiyi nömrəsi silinmiş “AK” markalı silah, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülsb.
Bundan başqa, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini A.Məlikovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

