Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

Bakı və Riqa arasında birbaşa aviareyslər COP29-a görə noyabrın sonunadək davam edəcək

Bu ilin iyulun 2-dən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birbaşa aviareyslər həyata keçiriləcək.

Bunu “Report”a Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib.

Onun sözlərinə görə, aviareyslər Latviyaya məsxus olan yük və sərnişin daşımalarında iştirak edən şirkəti “AirBaltic” həyata keçirəcək: “İlk aviareys Riqadan Bakıya olacaq”.

Bu üçüşların mövsümi olduğuna baxmayaraq, bu il noyabrın sonuna qədər davam edəcək.

“AirBaltic” Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sammiti zamanı da uçuşlar təklif edəcək. Düşünürəm ki, bu, noyabrda buraya gəlməyi planlaşdıran insanlar üçün çox əlverişlidir”, – E.Skuya bildirib.

Qeyd edək ki, Bakı-Riqa-Bakı marşrutu üzrə aviareyslər çərşənbə, cümə və bazar günləri səhər saat 06:00-da təşkil ediləcək.

Check Also

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları …