Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Bakı Yerevanla danışıqlar üçün Moskvanı məqbul platforma sayır

Bayramov dialoqa açıq olduqlarını bəyan edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Yerevanla danışıqlar prosesinə açıq olduğunu bildirib.

Bu barədə nazir Rusiyanın “İzvestiya” nəşrinə danışıb.

Onun sözlərinə görə, Moskva həmişə belə danışıqlar üçün məqbul platforma olub:

Danışıqlar prosesinə açığıq, bunun üçün biz Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli formatdan istifadə edirik”.

“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir, lakin Yerevanın bütün “ağlabatan tələbləri” sözdə deyil, “hüquqi cəhətdən əsaslandırılmış formada” aradan qaldırılmalıdır”. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, biz Ermənistan ilə münasibətləri normallaşdırmağa yönəlmişik. Lakin biz o xəttə tam sadiqik ki, Ermənistanın uzun onilliklər ərzində bəyan etdiyi bütün o əsassız mövqelər tamamilə aradan qaldırılsın. Bu, bəyanatlar  səviyyəsində yox, hüquqi cəhətdən əsaslandırılmış formada öz əksini tapmalıdır”, – deyə Bayramov əlavə edib.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir.

Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …