Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 430 ictimai iaşə obyektində 739 monitorinq keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küç., ev 62 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Yusif Salman oğluna məxsus “Yuva” pub restoran;
2. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küç., Heydər parkında yerləşən, fiziki şəxs Abdulrahmanov Elşad Xəlil oğluna məxsus “Paxlava kafe;
3. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 C ünvanında yerləşən, fiziki şəxs Əsədova Natavan İdris qızına məxsus kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr., 1058 məh., ev 34 A ünvanında yerləşən, fiziki şəxs Əliyeva Yetər Əli qızına məxsus kafe;
5. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 55 D ünvanında yerləşən, fiziki şəxs Leonov Vladislav Timofeyeviç oğluna məxsus “Şah süfrə” restoran;
6. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, fiziki şəxs Hüseynov Rəşad Zilfi oğluna məxsus “Cafe park” restoranı;
7. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus “Bizim məkan” kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 593 ünvanında yerləşən, fiziki şəxs Həsənov İlham Sətdar oğluna məxsus “Mziuri” restoran;
9. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Musazadə Firudin Balakişi oğluna məxsus “Ənsar” köz dönər evi;
10. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Cəfərov Əli Qurban oğluna məxsus “Turan Əli” kafe;
11. Masallı rayonu, Binə Xocavar ünvanında yerləşən, fiziki şəxs Məmmədov İldırım Vəli oğluna məxsus kafe;
12. Göygöl rayonu, Cavadxan küçəsində yerləşən, fiziki şəxs Məmmədova Afət Novruz qızına məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.