Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Bakıda 15 yaşlı qız 23 gündür itkin düşüb – FOTO

Bakıda 15 yaşlı qız itkin düşüb.

Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Xəbərə görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onun barəsində məlumatı olan şəxslərdən Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Həmçinin, N.Məmmədovanın yeri barədə Nazirliyin “102” Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat verə bilərsiniz.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …