Cümə , 13 Mart 2026
Drone Cameras

Bakıda atasıgilə qonaq gedən qadın itkin düşüb

Bakı şəhərində 28 yaşlı qadın itkin düşüb.

Boyukmillet.com-un xəbərinə görə, hadisə noyabrın 9-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Aynurə Qurbanova qonaq gəldiyi atasına məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz yeni yaşayış sahəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …