Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Bakıda Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclası davam edir – FOTOLAR

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının Bakıda keçirilən iclası iyunun 29-da işini davam etdirir.

boyukmillet.com xəbər verir ki, FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi ilə Prezident Şurasının üzvləri, eləcə də qonaqlar növbəti dəfə müzakirələrə qoşulublar. İclasda FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, AŞF-in vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov, ali şahmat qurumunun qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak edirlər.

Qırxa yaxın məsələnin müzakirəyə çıxarıldığı iclas axşam saatlarında yekunlaşacaq. İclasda müzakirə olunan məsələlər və qəbul olunan qərarlar barədə mətbuata məlumat veriləcək.

Check Also

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı …