Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasına bıçaqla hücum edilib

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib.

Boyukmillet.com xəbər verir ki, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.

Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.

Check Also

Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs TUTULDU

Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat …