Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Bakıda Qarabağa qayıdışla bağlı beynəlxalq forum keçiriləcək

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Check Also

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha …