Çərşənbə , 1 May 2024
Drone Cameras

Bakıda yeni Yaşıl Park və Nəbatat Parkı salınacaq

Bakıda yeni Yaşıl Park salınacaq.

Boyukmillet.com-un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması planlaşdırılır.

Qeyd edilən park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocahəsən gölünün ekoloji təmizlənməsinə təkan verəcək. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındakı bataqlıq əraziləri daxil etmək üçün park cənuba doğru genişləndirilə bilər.

Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Qu gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər.

Check Also

Ələt Azad İqtisadi Zonası dünyada ən böyük sərgilərdən birində təmsil olunub

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) dünyanın ən böyük sənaye sərgilərindən olan Hannover …